Məzmuna keç

Ukrayna SQ: “Son sutkada Ukrayna ərazisinə 3 raket və 50 hava zərbəsi endirilib”

"Ukrayna Silahlı Qüvvələrinin aviasiyası son 24 saat ərzində rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

"Pilotlarımız düşmənin zenit-raket kompleksinə və maddi-texniki təchizat mərkəzinə də hücum ediblər. Eyni zamanda, raket qoşunlarının və artilleriya bölmələrinin əsgərləri düşmənin 3 komanda məntəqəsini, 6 artilleriya silahını, döyüş sursatı anbarını vurub", – məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə 3 raket və 50 hava zərbəsi endirib: "Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb. Bütün Ukrayna ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır".

Şəbnəm Mehdizadə