Rusiya Silhalı Qüvvələrinin Ukraynadakı itkilərinin sayı 252 min nəfəri keçib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Son sutkada Ukrayna ordusu 580 rus hərbçisini məhv edib. Bununla da Rusiyanın itkilərinin sayı 252 min 200 nəfərə çatıb.
Rusiya indiyədək müharibədə 4 278 tank, 8 303 zirehli döyüş maşını, 5 028 artilleriya sistemi, 711 reaktiv yaylım atəş sistemi, 469 hava hücumundan müdafiə sistemi, 4 179 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 315 ədəd təyyarə, 313 helikopter, 1 377 qanadlı raketlər, 7 495 avtomobil və tanker, 746 xüsusi texnika və 18 gəmi/qayıq itirib.
Şəbnəm Mehdizadə
