Məzmuna keç

MİT Suriyada 3 İŞİD terrorçusunu zərərsizləşdirib –

Suriyanın şimalında təxribata hazırlaşan terrorçulara qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) "Barış Pınarı" bölgəsində keçirdiyi əməliyyatda 3 İŞİD terrorçusu saxlanılıb.

Həmçinin terrorçulara məxsus xeyli silah-sursat ələ keçirilib.

MİT-in Suriya və digər bölgələrdəki terror qruplaşmaları ilə mübarizəni qətiyyətlə davam etdirdiyi vurğulanıb.

Şəbnəm Mehdizadə