Türkiyənin Diyarbəkir şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Hani rayonunda yerli vaxtla saat 15:25-də qeydə alınan yeraltı təkanlarn episentri 16,81 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
