Türkiyə Silahlı Qüvvələri daha 3 PKK terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda terrorçuların İraqın şimalında "Pəncək-kilid əməliyyatı" bölgəsində havadan əməliyyatla zərərsizləşdirildiyi qeyd olunub. Beləliklə, dünəndən etibarən bölgədə zərərsizləşdirilən terrorçuların sayı 7-yə çatıb.
“Terrorçular harda gizlənsələr də, qaçılmaz sondan xilas ola bilməyəcəklər”, – deyə bildirilib.
Şəbnəm Mehdizadə
