Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qaçmaq PKK terror təşkilatının üzvü saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri qadağan olunmuş hərbi zonada keçirdikləri əməliyyat zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan Z.D-ni yaxalayıb.
Barəsində terror təşkilatına üzv olmağa görə cinayət işi açılmış şəxs jandarma qruplarına təhvil verilib.
Saxlanılan şəxslə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
