Krım körpüsündə daha 8 partlayış olub.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə partlayışları təsdiqləyib.
***
16:28
Krım körpüsünə raket hücumları davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov məlumat yayıb.
Onun sözlərinə görə, hücumların qarşısı alınır.
***
16.03
Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa olunub.
E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, maşınlar hərəkətini davam etdirirlər.
***
Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov Krım körpüsünün vurulduğunu təsdiqləyib.
E-huquq.az xəbər verir ki, o, bu barədə teleqramda yazıb.
S.Aksenovun sözlərinə görə, əraziyə 2 raket atılıb və onlar zərərsizləşdirib.
Məlumata görə, körpü zədələnməyib.
***
14.47
Krım körpüsü vurulub və burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ərazidə partlayış və silah səsləri eşidilir.
Körpünün Ukrayna ordusu tərəfindən vurulduğu ehtimal edilir.
Mənbə: Report
