Məzmuna keç

İstanbulda bina çökdü, dağıntılar altında qalanlar var –

Türkiyənin İstanbul şəhərində binanın çökməsində nəticəsində dağıntılar altında qalanlardan biri xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Bildirilib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Dağıntılar altında daha bir neçə nəfərin qaldığı ehtimal olunur.

***

Türkiyənin İstanbul şəhərində bina çöküb.

E-huquq.az xəbər verir ki, binanın altında qalanlar var.

Məlumata görə, bina orada aparılan təmir zamanı çöküb.

Hadisənin təfərrüatları və itkilər barədə hələ ki məlumat yoxdur.