Mərakeş sahillərində 130 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sahil təhlükəsizlik qüvvələri tərəfindən ölkənin cənubunda yerləşən Daxla əyalətinin sahillərində qanunsuz miqrantların olduğu qayığın çətin şəraitdə qaldığı müəyyən edilib.
Seneqaldan olan miqrantlar xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, qayıq Kanar adalarına getmək üçün Seneqaldan yola düşüb.
Qeyd edək ki, Mərakeş Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə qeyri-qanuni miqrantların sıx tranzit məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır. Mərakeş Daxili İşlər Nazirliyi iyun ayında ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alındığını və 3 150 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
