Türkiyənin İstanbul şəhərində kağız və plastik məmulatların təkrar emalı müəssisəsində yanğın hadisəsi baş verib.
E-huquq.az ”TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer adlı qəsəbəsində yerləşən müəssisədə başlayan yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarətə götürülüb.
Təxminən 4 saat davam yanğın tamamilə söndürülüb.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
