Türkiyənin Van şəhərində ötən həftə ərzində 3 miqrant qaçaqmalçısı həbs olunub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Miqrant qaçaqmalçılığı ilə mübarizə və sərhəd qapıları şöbəsi 6-13 avqust tarixləri arasında miqrant qaçaqmalçılarına qarşı iki ayrı əməliyyat keçirib.
Əməliyyatlar zamanı 4 nəfər saxlanılıb.
Həmin şəxslərdən 3-ü həbs edilib, bir nəfər isə sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə
