Türkiyənin Sakarya şəhərində toy şənliyində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Adapazarı rayonunda keçirilən mərasimdə təqdim edilən yeməklərdən yeyən qonaqlar özünü pis hiss etməyə başlayıb.
Mədə ağrısı, ishal və başgicəllənmə şikayətləri ilə əvvəlcə xəstəxanaya 60 nəfər müraciət edib. Daha sonra 12 nəfər də eyni şikayətlərlə xəstəxanaya üz tutub.
Zəhərlənmə diaqnozu qoyulan zərərçəkmişlər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Şəbnəm Mehdizadə
