Məzmuna keç

Türkiyə Silahlı Qüvvələri 5 PKK terrorçusunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3, İraqın şimalında 2 olmaqla ümumilikdə 5 terrorçunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Pəncə-kilid" əməliyyatı çərçivəsində İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 2 PKK terrorçusunun zərərsizləşdirildiyi qeyd olunub. Türkiyə ordusu eyni zamanda Suriyanın şimalında da terrorçulara zərbə endirib. Belə ki, "Zeytun Budağı" və "Barış bulağı" əməliyyat bölgələrində hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu məhv edilib.

Şəbnəm Mehdizadə