Türkiyənin Ankara şəhərində tullantı kağızlarının təkrar emalı fabrikində yanğın hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaranın Dağyaka rayonunda yerləşən fabrikin anbar hissəsində baş verən yanğının səbəbi məlum deyil.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə briqadaları cəlb olunub.
Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
Şəbnəm Mehdizadə
