Dominikan Respublikasının San-Kristobal şəhərində partlayış baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin "Köhnə bazar" adlanan ərazisində yerləşən çörək sexində baş verən partlayış bəzi binaların dağılmasına səbəb olub.
Rəsmilər hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyini, ən azı 39 nəfərin yaralandığını açıqlayıb.
Dominikan Milli Səhiyyə Xidmətinin direktoru Mario Lama bildirib ki, partlayışda ölənlər arasında 4 aylıq körpə də var. Ölənlərin sayının artacağı istisna edilmir.
San-Kristobal qubernatoru Pura Kasilya partlayışın şəhər mərkəzinə yaxın olan müəssisələrə böyük zərər vurduğunu bildirib.
Hazırda partlayışdan sonra bəzi binalarda başlayan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Partlayışın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
