Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat zamanı 2016-cı ildə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mert Altıntaşın məxfi agenti Şahin Söyütün həyat yoldaşı Ayşə Söyüt saxlanılıb.
Onun terror təşkilatının xəbərləşmə proqramı olan "Bylock" proqramından istifadə etdiyi məlum olub.
Hazırda A.Söyütlə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə
