Məzmuna keç

Sərnişin avtobusu qəzaya düşdü, 15 nəfər yaralandı

Türkiyənin Aydın şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Efeler rayonunda sərnişin avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.

Yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onların həyatı üçün hər hansı təhlükə olmadığı bildirilib.

Şəbnəm Mehdizadə