Türkiyənin Antalya şəhərində meşə yanğını başlayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akseki rayonunda baş verən meşə yanğının söndürülməsi üçün havadan və qurudan mübarizə davam edir.
Yanğın söndürmə işinə Antalya Meşə Müdirliyinin xüsusi qrupları cəlb olunub.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Şəbnəm Mehdizadə
