Məzmuna keç

Nigeriyada silahlı şəxslər 19 nəfəri qaçırıb

Nigeriyanın Katsina ştatında silahlı şəxslər 19 nəfəri qaçırıblar.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Madoqara rayonuna basqın ediblər.

Silahlı basqında əksəriyyəti qadın olan 19 nəfər qaçırılıb.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır. Buna baxmayaraq, pul müqabilində adam oğurluğu hallarına tez-tez rast gəlinir.

Şəbnəm Mehdizadə