Məzmuna keç

Konqoda 55 üsyançı öldürülüb

Konqo Demokratik Respublikasının (KDC) Şimali Kivu və İturi əyalətlərində son 2 həftədə həyata keçirilən hərbi əməliyyatlarda Demokratik Alyans Qüvvələri (ADF) adlı üsyançı qruplaşmanın 55 üzvü öldürülüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polis əməkdaşı Pecos Mboka məlumat verib.

O, əməliyyatların Mbinqi, Makanqva, Mabuo, Moliso, Masia və Masenze kəndlərində aparıldığını qeyd edib.

Mboka, əməliyyatlarda bir neçə əsgərin yaralandığını bildirib.

Qeyd edək ki, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi qarşıdurmaların artdığı Şimali Kivu və İturi əyalətlərində təhlükəsizliyə nəzarət etmək üçün 7 may 2021-ci ildə hərbi mühasirə elan edib. Bölgədəki mülki məmurlar işdən çıxarılıb və onların yerinə hərbi məmurlar təyin edilib.

Şəbnəm Mehdizadə