Məzmuna keç

Baş Qərargah: “Düşmən son sutkada Ukrayna ərazisinə 42 raket və 56 hava zərbəsi endirib”

"Müdafiə Qüvvələrinin aviasiyası, eləcə də raket qoşunlarının bölmələri və artilleriya bölmələri ötən sutka ərzində işğalçıların canlı qüvvə və silahlarına zərbələr endirməkdə davam edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında deyilir.

Məlumata görə, Ukrayna aviasiyası rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib: "Raket qoşunları və artilleriya bölmələri atəş mövqelərində 4 artilleriya silahını, 1 zenit-raket kompleksini və daha bir mühüm hədəfini vurub".

"İşğalçılar isə öz növbəsində kamikadze dronlarla Ukraynaya hücum ediblər. Düşmən son sutka ərzində Ukrayna ərazisinə 42 raket və 56 hava zərbəsi endirib, qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən zərbə endirib. Mülki əhali arasında ölən və yaralananlar var. Yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb", – Baş Qərargah qeyd edir.

Şəbnəm Mehdizadə