Məzmuna keç

Fəhlələri daşıyan yük motosikleti aşdı, 12 nəfər yaralandı

Türkiyənin Ordu mahalının Fatsa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan yük motosikleti idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə