Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Lahbib arasında görüş başa çatıb.
E-huquq.az xəbər verir ki, XİN başçıları əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Hazırda C.Bayramov və H.Lahbib birgə mətbuat konfransı keçirirlər.
