Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib.
E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında edilən paylaşım edilib. Paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
"Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", – paylaşımda qeyd olunub.
