Məzmuna keç

MN: Qanunsuz erməni silahlıların fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.