Məzmuna keç

Putin: “Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”

“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil.

“Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”, – deyə Rusiya prezidenti bildirib.

V.Putin söyləyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.