Məzmuna keç

Bakı polisindən reyd: İki marketin satıcısı cərimələndi

Bakı polisindən reyd: İki marketin satçısı cərimələndi

Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxslərə siqaret və içki satan şəxslərin cərimə olunması barədə məlumat yayıb.

E-huquq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – M.Cəfərov və M.Salmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.