Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.
Nazirlikdən e-huquq.az-a bildirilib ki, körpənin vəziyyəti normalıdır.
"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildirdilər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib", nazirlikdən bildirilib.
