"Şəki Aqrotexservis" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Şəki Rayon Məhkəməsində hakim Kamran Musayevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunsa, "Şəki Aqrotexservis" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
