Məzmuna keç

Əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Gəncədə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Qədir Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, hadisə şəhərin Qasım bəy Zakir küçəsində baş verib. 32 yaşlı Qədir Hüseynov mübahisə zamanı 38 yaşlı əmisi oğlu Məqsəd Hüseynova bıçaqla xəsarət yetirib. Q.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə