Ucarda anasını öldürməkdə təqsirləndirilən Faiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası, Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
