Məzmuna keç

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni bina tikiləcək

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satın alınması ilə bağlı tender elan edib.

E-huquq.az-ın məlumatına görə, tenderdə iştirak haqqı 1500 manatdır.

Tenderdə iştirak etmək istəyənlər tələb olunan sənədləri dekabrın 12-i saat 10:00-dək, təklifləri isə 20 dekabr saat 18:00-dək göndərə bilərlər.

Təkliflərə dekabrın 21-də, saat 10:00-da baxılacaq.

Şəbnəm Mehdizadə