Məzmuna keç

Məhkəmə zalında vəkilə xəsarət yetirən şəxslər həbs olundu

Türkiyədə məhkəmə zalında vəkilə xəsarət yetirən şəxslər həbs olunub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Vəkillər Kollegiyasının Vəkil Hüquqları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Adana Vəkillər Kollegiyasının üzvü Nadircan Taşkın noyabrın 21-də boşanma işi üzrə vəkil kimi çıxış etdiyi məhkəmə iclasında qarşı tərəfin hücumuna məruz qalıb. Adana 5-ci Sülh Cəza Məhkəməsi şübhəli şəxslər barəsində həbs qərarı çıxarıb.

Şəbnəm Mehdizadə