Məzmuna keç

Azərbaycan XİN Ermənistanla sərhəddə delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqlədi

Azərbaycan XİN noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

XİN-in məlumatına görə, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.