Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kənan Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Esmira Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 7-də keçiriləcək.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb. Ondan iki kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən edilib. K.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
