Məzmuna keç

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Rəsul Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə 1982-ci il təvəllüdlü Namik İsrafilovu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə