“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, “Sophiemour” MMC şirkətə qarşı əmlak tələbi ilə bağlı iddia qaldırıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
