Abşeronda avtomobillərin akkumulyatorlarını oğurlamaqda təqsirləndirilən Rakim Şərifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Hakim Abusət Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Şərifov müxtəlif vaxtlarda rayon ərazisində 32 avtomobildən akkumulyator oğurlamaqda təqsirləndirilir. O, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. R.Şərifova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
