Məzmuna keç

Gəncədə “JEK” işçisinin öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Emil İlyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 6-na təyin olunub.

Qeyd edək ki, hadisə şəhərin Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. R.Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə