Məzmuna keç

Mağazalardan nisyə dəftərlərini oğurlayan şəxs hakim qarşısına çıxarılır

Qax rayonunda mağazalardan oğurluq etməkdə təqsirləndirilən Tofiq Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilib.

Hakim Malik Qarayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 7-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev Fıstıqlı kəndində iki mağazadan kassalardakı ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və nisyə dəftərlərini oğurlamaqda təqsirləndirilir. O, ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları əyləncə mərkəzlərində xərclədiyini bildirib. T.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə