Abşeronda adam öldürməkdə təqsirləndirilən Fərid Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Fərid Mirzəyev Abşeron rayonu Mexkalon qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı 2005-ci il təvəllüdlü Sərdar Abbasova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
