Məzmuna keç

Samux Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

Samux Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "Əjdəroğlu-Kəndli Fermer Təsərrüfatı" MMC Gəncə İnzibati Məhkəməsinə müraciət edərək İcra Hakimiyyətinə qarşı torpaq məsələsi ilə bağlı iddia qaldırıb.

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Şəbnəm Mehdizadə