"Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, zavod barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinə mane olma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.
İşə hakim Nemət Paşayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
