Məzmuna keç

Qardaşını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Lənkəranda qardaşını bıçaqlamaqda təqsirləndirilən Amil Əliyevin cinayıt işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cavid Səfərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Lənkəran rayon Şilavar kənd sakini Amil Əliyev ailə münaqişəsi zamanı qardaşı Aqil Əlizadəyə kəsilmiş-deşilmiş xəsarətləri yetirməktə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə