Məzmuna keç

Gəncədə arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Gəncədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Qadir Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Abdulla Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 12-nə təyin olunub.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Qadir Qurbanov ailə münaqişəsi zəminində həyat yoldaşı Günay Babayevanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə