Məzmuna keç

Avtoyuma məntəqəsindən maşın qaçırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırmaqda təqsirləndirilən Mətləb Məmmədquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fuad Axundovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədquliyev paytaxtın Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobilin qaçırılmasında təqsirləndirilir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Quba rayonu ərazisində avtomobillə saxlanılıb. M.Məmmədquliyevə qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə