Məzmuna keç

Mağazalardan oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Balakəndə mağazalardan oğurluq etməkdə təqsirləndirilən İzzət Məsiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 11-də keçiriləcək.

Qeyd edək ki, İzzət Məsiyev Balakəndə bir gecədə iki mağazadan 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefon oğurlamaqda şübhəli bilinir. O, ifadəsində törətdiyi cinayətləri edib və oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. İzzət Məsiyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə