Pirallahıda tanışını öldürməkdə təqsirləndirilən Ramil Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
