Məzmuna keç

Zaqatalada tanışına xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Zaqatalada tanışına xəsarət yetirməkdə təqsirləndirilən İlham Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Zaqatalanın Kəpənəkçi kəndində baş verib. Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Elnur Hidayət oğlu Abdurahmanovla rayonun Mosul kənd sakini, 1974-cü il təvəllüdlü İlham Əsədullayev arasında mübahisə baş verib. Mübahisə zamanı İ. Əsadullayev əlində olan bizlə E. Abdurahmanova xəsarət yetirib. İ.Əsədullayevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə