Məzmuna keç

Kürdəmirdə 1 yaşlı körpənin öldüyü qəza ilə bağlı istintaq başa çatdı

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məmmədhəsən Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

Hakim Müseyib Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 12-nətəyin olunub.

Qeyd edək ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik maşını ilə yük maşını toqquşması nəticəsində minik avtomobilində olan 1 yaşlı Aysun Babayeva dünyasını dəyişib. Sürücü M.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irli sürülüb.

Şəbnəm Mehdizadə